Ümumi məlumat
1994-cü il oktyabr ayının 31-də təşəkkül tapmış “Gidromaşservis” Qapalı Səhmdar Cəmiyyəti bu gün, artıq, tikinti-quraşdırma işlərinin geniş spektrinə malik, müasir, inkişaf etmiş struktur kimi fəaliyyət göstərir. Ötən qısa müddət ərazində özünü etibarlı tərəfdaş və məsuliyyətli icraçı kimi göstərməklə, şirkət Respublika inşaat kompleksində layiqli yerlərdən birini tutmuşdur. Məhz buna görədir ki, “Gidromaşservis” QSC-nin xidmətlərindən Meliorasiya və Su Təsərrüfatı Nazirliyi, “Azərsu” SC, Azərbaycan Respubliksı Nazirlər Kabineti yanında Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu və çoxlu sayda digər şirkətlər mütəmadi olaraq yararlanırlar.
Bu nazirlik və müəssisələrin fəaliyyəti Respublikanın sosial infrastrukturunun inkişafında əhəmiyyətli rol oynadığından, “Gidromaşservis” QSC-nin gücü ilə inşa edilən obyektlər daim Dövlət başçısı və Respublika Hökumətinin xüsusi diqqət mərkəzindədir. 

    Bizim Rusiyanın müxtəlif bölgələri, Belarus, Ukrayna, eləcə də, dünyaca məşhur firmalar olan “Siemens”, “ABB” və başqaları ilə çoxillik işgüzar əlaqələrimizi nəzərə alaraq, bir çox sifarişçilər şirkətimizin səlahiyyətlərindən təkcə podrat işlərinin yerinə yetirilməsində deyil, həm də, zəruri avadanlıqlar, xüsusi təyinatlı material və məmulatların tapılıb, atdırılmasında istifadə etməyə çalışırlar. Beləliklə, obyektlərin inşası, avadanlıqların quraşdırılması və sazlanıb, istismara verilməsi ilə yanaşı, biz həmin obyektlərin transformatorlar, mühərriklər, nasoslar və digər avadanlıqlarla təmin olunmasını, inşa edilən obyektlərin spesifikasına tam uyğun şəkildə müxtəlif diametrli dəmir-beton, metal və plastik boruların, elektrik hava xətlərinin dəmir-beton və metal dayaqlarının çatdırılıb, quraşdırılmasını həyata keçiririk.
Tikintinin yüksək keyfiyyətinin, obyektlərin dəstləşdirilməsinin və vaxtında istismara verilməsinin təmin olunmasına yönəlmiş məsələlər “Gidromaşservis” QSC-nin podrat əaliyyətinin əsas diqqət mərkəzində durur.
Bundan ötrü, şirkətimiz yüksək ixtisaslı səyyari tikinti-quraşdırma briqadaları,  mexanikləşdirilmiş dəstələrə malikdir ki, bunların sayəsində də, eyni sabitliklə istər yaşayış məntəqələrindən, kommunikasiyalardan aralı böyük tikinti meydançalarında, istərsə də, fəaliyyətdə olan müəssisələrin və ya insan və avtonəqliyyat axınlarının sıx olduğu ərazilərdə energetika şəbəkələrinin, boru kəmərlərinin quraşdırılması kimi geniş miqyaslı işlərin yerinə yetirilməsi mümkün olmuşdur.
Bakı, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, eləcə də, Ağdam, Qəbələ, Goranboy, Beyləqan, Biləsuvar, İmişli, Füzuli rayonlarında və Respublikamızın bir çox başqa bölgələrində “Gidromaşservis” QSC-nin kollektivinin gərgin əməyi nəticəsində müxtəlif tikinti-quraşdırma işləri başa çatdırılmış və ya davam etdirilməkdədir.

       

 

Yüksək keyfiyyət və inşaatın vaxtında başa çatdırılması - “Gidromaşservis” QSC-ni xarakterizə edən əsas meyarlardır. Səhmdar Cəmiyyətin kollektivi əbəs yerə 9001:2008 Beynəlxalq Keyfiyyət Standartının sertifikatına layiq görülməmişdir. Məhz yuxarıda göstərilənlərə, həm də, rəqabət qabiliyyətli olduğuna görədir ki, şirkətimiz sifarişçi təşkilatların keçirdikləri tenderlərdə mütəmadi olaraq, qalib gəlməkdədir. Şirkətin qiymət siyasətinin formalaşması sahəsində ən mühüm olanı ondan ibarətdir ki, avadanlığın, məmulat və
digər məhsulun təminatçısı rolunda birbaşa istehsalçı-zavodlar çıxış edirlər. Bunun nəticəsində də, vasitəçilərin iştirakına ehtiyac qalmır və birbaşa, maneəsiz olaraq, sifarişçilərin istək və iradları istehsalçılara çatdırılır. Digər müsbət hal kimi, yerləşdirilən avadanlığın zəmanətli istismarının təmin olunması məqsədilə, sazlamaburaxılış
işlərinə quraşdırıcı-hami təşkilatların cəlb olunması təcrübəsini göstərmək olar.

  

    

“Gidromaşservis” QSC tərəfindən inşa edilən obyektlərin xüsusiyyətləri sənaye və mülki tikinti ilə əlaqədar olan aşağıda göstərilən bütün iş növləri üçün xüsusi biliklərin olmasını tələb edir:
- topoqrafiya-geodeziya işləri;
- torpaq işləri;
- ümuminşaat, quraşdırma və sazlama-buraxılış işləri;
- transformator yarımstansiyalarının müasirləşdirilməsi, genişləndirilməsi və yenilərinin qurulması;
- dəmir-beton özüllərin, elektrik-hava xətləri dayaqlarının hazırlanması və quraşdırılması;
- yüksək gərginlikli elektrik-hava xətlərinin quraşdırılması;
- nasosxanaların tikintisi, dəstləşdirilməsi və avadanlığın quraşdırılması;
- qapalı su hövuzlərinin yaradılması;
- təzyiqli və özü axan boru kəmərlərinin quraşdırılması;
- artezian quyuların qazılması, qurulması və onların tələb olunan elektrik avadanlıqları və s. ilə
dəstləşdirilməsi;
- istilik avadanlıqlarının layihələndirilməsi, çatdırılması, dizayn, quraşdırma, müasir sənaye və məişət istilik
şəbəkələrinə servis xidməti.
Bu sahədə əsas istiqamətlər-Respublika energetika kompleksi qurğularının inşası və boru kəmərlərinin çəkilməsi, mühəndis təminatı obyektlərinin yaradılmasıdır. İnzibati-ticarət, yaşayış binalarının, mehmanxana-sağlamlıq komplekslərinin və istehsalat əhəmiyyətli obyektlərin inşası üzrə müəyyən həcmdə tikinti-quraşdırma işləri yerinə yetirilir. 

10 ildən artıq bir müddətdə Respublikada fəaliyyət göstərən digər kollektivlərlə bərabər, “Gidromaşservis” QSC də, ölkə əhalisinin və sənayenin etibarlı surətdə elektrik enerjisi ilə təminatı üzrə Dövlət proqramının həyata keçirilməsi yolunda yeni elektrik yarımstansiyalarının tikintisi, fəaliyyətdə olanların genişləndirilməsi və yenidən qurulması ilə məşğul olmuşdur

    

Daimi yaşayış yerlərini müvəqqəti tərk etmiş insanlar və qaçqınların zəruri kommunal-məişət şəraitlərinin təmin olunması üçün aparılan tikinti işlərində “Gidromaşservis” QSC-nin iştirakı Ermənistanın təcavüzü üzündən evsiz-eşiksiz qalaraq, didərgin düşmüş insanlara hərtərəfli qayğı göstərmək istiqamətində ölkə rəhbərliyi müasir sosial-məişət və yaşayış şəraitlərinin yaradılması üçün əhəmiyyətli addımlar atır. Müvəqqəti köçkünlərə çoxsaylı sosial-vergi, digər güzəştlər edilməklə, bir sıra rayonlarda əlavə iş yerləri açılmış, inkişaf etmiş infrastruktura malik yaşayış qəsəbələri salınmışdır. Həmin qəsəbələrin əhalisinin elektrik enerjisi, içməyə və təsərrüfata zəruri olan suya tələbatını təmin edərək,
“Gidromaşservis” QSC infrastrukturun sabit fəaliyyət göstərməsinə şərait yaradılmasında mühim rol oynayır.

         

İnzibati-ticarət, anbar binaları, yaşayış evləri, mehmanxana-sağlamlıq kompleksləri və istehsalat təyinatlı obyektlər.

Bütün bu obyektlərin memarlıq siması müasir tələblərə cavab verməklə, özündə milli xüsusiyyətlərin elementlərini və ruhumu daşıyır, analoji profilli qurğuların içərisindən
asanlıqla seçilib, tanınır. Heydər Əliyev prospekti ilə Dərnəgül şossesinin kəsişməsində qərarlaşan şirkətin əsas ofis binasına baxmaq kifayətdir ki, bunun öz görkəmi ilə və qədər
inam və etibar aşıladığının şahidi olasan. Ofis işinə uyğun yerləşmə şəraiti, müştərilər üçün maksimum rahatlığın yaradılması, ticarət və xidmət obyektlərində yüksək kefiyyətli xidmət-Biləcəri qəsəbəsində “Mil Korporasiyası” MMC üçün inzibati bina, Bakıda “Bakı İnşaat Layihə” QSC üçün inzibati-ofis binası, “Ural Ticarət Evi” QSC üçün ofis və Bakı, Sumqayıt, Beyləqanda ticarət obyektləri tikilərkən, bunlar “Gidromaşservis” QSC-də əsas meyar olmuşdur.

 

Öz istehsalat bazamıza malik olmağımız sayəsində inşaatçı, quraşdırıcı və təmirçilərin daxili tələbatlarını ödəməklə yanaşı, əhaliyə də pullu xidmət göstərə bilirik. Bazanın əsasını Bakının yaxınlığındakı Xırdalan şəhərinin ərazisində 4.62 ha sahəni əhatə edən sənaye kombinatı təşkil edir.

 

Burada başqaları ilə yanaşı, mebel istehsal edən müəssisə də fəaliyyət göstərir. Həmin müəssisədə mebellə bərabər, qapı və pəncərələr, döşəmə taxtaları, parket və s. istehsal olunur. 

Son illərdə yüksək ixtisaslı işçi heyəti ilə təşkil olunmuş bu sex, əvvələr metal qapılar, barmaqlıqlar, hasarlar, çənlər və başqa məmulatların hazırlanması ilə məşğul olurdusa, indi öz istehsalını genişləndirərək, ağır metal konstruksiyaların inşaatçı və quraşdırıcıların istifadəsinə verilməsinə başlamışdır. Yüksək gərginlikli elektrik-hava xətlərinin dayaqları, əsaslar, çəpərlər və başqa metal konstruksiyalar bu sexdə hazırlanaraq, obyektlərə çatdırılır. Layihənin tələblərinə tam uyğun şəkildə məmulatlar hazırlanmaqla yanaşı, zavod yığmalarının birbaşa inşaat meydançasında başa çatdırılması, quraşdırma işlərinin müddətinə əhəmiyyətli dərəcədə qənaət etməyə gətirib çıxarır. 

Sexin gündəlik istehsal həcmi 100-150 m2 həddindədir. Məmulatların siyahısına bəzək döşəmələri, məhəccər sütunları, sürahılar, sütunlar, karnizlər, “açar”lar və s. daxildir.
Sexdə istehsal olunmuş məmulatlarla inzibati binalar, ticarət mərkəzləri, qonaq kompleksləri və fərdi yaşayış evləri bəzədilmişlər.

Müasir texniki vasitələrsiz inşaatın indiki xüsusiyyətlərinin tələb etdiyi istehsalın yüksək
təşkilatını, bu prosesin bütün bölmələrinin müntəzəm ahəngini təsəvvür etmək geyri-mümkündür.
“Gidromaşservis” QSC minik, yük avtonəqliyyatı, inşaat texnikası, maşın və mexanizmlərdən
ibarət böyük bir bazanı özündə birləşdirməklə, aşağıdakılara malikdir:
- 15 tondan 36 tonadək yük qaldırma qabiliyyətli tırtıllı və avtokranlar;
- kovşunun həcmi 1.0-1.4 m3 olan müxtəlif növ ekskovatorlar;
- 0.25-0.6 m3 –lik ön tərəf istiqamətli yükləyicilər;
- 12-22 m-lik yedəkçilər;
- borudüzənlər;
- buldozerlər;
- qayadoğrayanlar;
- “Mitsubisi”, “Uaz”, “Qazel”, “Kamaz” markalı yük avtomobilləri;
- “Maz”, “Kamaz” markalı özüboşaldan avtomaşınlar;
- mikserlər;
- “İsuzu”, “Kamaz” furqonları;
- qaldırıcı qurğular;
- minik avtomaşınları. 

“Gidromaşservis” QSC Beynəlxalq 9001:2008 keyfiyyət standartının sertifikatına malikdir Bağlanmış kontraktlar üzrə öhdəliklərə yüksək keyfiyyətlə əməl olunması işinə şirkət tərəfindən böyük sərmayələr qoyulur. Bu, ilk növbədə, tanınmış nüfuzlu firmaların istehsalı olan inşaat maşın və texnikası, mexanizmlər, alınmış avadanlıq və materiallardan ibarət parkın mühüm dərəcədə yenilənməsində özünü büruzə verir. Şirkət tərəfindən obyektlərdə istehsal prosseslərinin təşkili şəraitinin yüksəldilməsinə, müasir texnologiyaların əldə olunmasına, mühəndis-texniki heyətin və işçilərin məişətinin təkmilləşdirilməsinə daim xüsusi diqqət yetirilir. İşçilərin qidalanması, xüsusi geyim, ayaqqabı, eləcə də, fərdi mühafizə vasitələri ilə təmin olunmasını “Gidromaşservis” QSC-nin rəhbərliyi öz üzərinə götürmüşdür. Yaşayış məntəqələri və kommunikasiya şəbəkələrindən aralıda yerləşən
boru kəmərləri və energetik obyektlərdə işlər yerinə yetirilən zaman işçilər bütün həyati mühəndisi şəbəkələri özündə birləşdirən səyyari, müasir rahat vaqonlarda yerləşdirilirlər.
Kollektivdə uzun illər ərzində həssaslıqla kadrların seçilməsi, yerləşdirilməsi, bilik və peşəkarlığın əldə olunması, həvalə olunmuş hər hansı iş sahəsində yüksək məsuliyyət,
idarəetmənin forma və üsullarının təkmilləşdirilməsi yolu ilə şirkətin fəaliyyətinin bütün istiqamətləri (kontraktların icrasının keyfiyyəti və müddəti, standartlara, sifarişçilərin tələblərinə uyğunluğa zəmanət və s.) sıx əməkdaşlıq çərçivəsində sifarişçilər, subpodrat və digər təşkilatlar arasında mühüm etimad qazanmışdır. Dünya ekspertlərinin əhatəli
araşdırmaları nəticəsində “Gidromaşservis” QSCnin fəaliyyəti dünyanın məşhur firmaları ilə bir sırada 9001:2008 Beynəlxalq Keyfiyyəti İdarəetmə Standartının sertifikatına layiq
görülmüşdür.