Şəhərətrafı evlər və mehmanxana-sağlamlıq kompleksləri Bunlar xüsusi rahatlıq və cazibədarlıqları ilə seçilməklə, xəzəryanı sahillərin ən gözəl guşələrində salınmışdır.
Tikilən obyektlərin yerləşmə mövqeyinə uyğun olaraq, (dəniz sahilləri, Böyük bə Kiçik Qafqaz sıra dağlarının ətəkləri və ya yamaclarında, subtropik zona, Abşeron yarımadası, aran və dağlıq ərazilər) istifadə oluna biləcək məmulat və materiallara, inşaat konstruksiyalarına mümkün klimatik təsirlər araşdırılaraq, öyrənilir.
Məhz bu tələblər nəzərə alınmaqla, Novxanı, Buzovna və Mərdəkan qəsəbələrində fərdi evlər tikilmiş, Nabran qəsəbəsində isə, mehmanxana-sağlamlıq kompleksi tikilməkdəd.

“Avropa İstilik Sistemləri” xüsusi bölmə kimi, sahələri bir neçə yüz kvadrat metrdən bir neçə min kvadrat metrə qədər olan evlərdə sabit istiliyin və qaynar suyun təmin olunması ilə məşğuldur.
Tərəfəmizdən alınıb-quraşdırılan çuqun və metal avadanlıq və materiallar, təbii qaz və elektriklə işləyən qazanxanalar,
bacalar, radiatorlar, plastik boru bə başqa tərkib hissələri, “CHAPPEE” (Fransa), “JUNKERS” (Almaniya), “İMMERGAS” (İtaliya), “KAN-therm” (Polşa) kimi firmalara məxsus istilik sistemləri quraşdırma və istismar zamanı yüksək səmərəliliyə nail olunmasına imkan verir.

 

Binaların daxili bəzədilməsi xüsusi incəlik və yüksək keyfiyyəti ilə seçilir. Çox hallarda bu, tikintinin, bacarıqlı ustaların cəlb edilməsi ilə, yüksək ixtisaslı iş icraçıları tərəfindən aparılması, eləcə də, bəzək materiallarının əldə olunmasında şirkətin müvafiq xidmət sahələrinin birbaşa məşğul olması ilə bağlıdır. Təbii ki, aparıcı Avropa firmalarının istehsalı olan bu materiallar yüksək istehsal keyfiyyəti, rəngarəngliyi və göz oxşamaları ilə seçilirlər.
Tikintisi başa çatdırılmış obyektlərin xarici hissələrinin bəzədilməsində “Gidromaşservis” QSC-nin sexlərində ənənəvi əhəngdasından hazırlanmış lövhələrlə yanaşı, aparıcı Avropa zavodlarının istehsalı olan mərmər, saxsımərmər lövhə və digər məhsullar istifadə olunur. Bundan başqa, həmin zavodlardan kaşı, metlax, santexnika avadanlıq və məhsulları, eləcə də, mətbəx, vanna otaqları üçün mebellər bizə daxil olur.
Bizim obyekt və anbarlarımızda “İmola” ceramica, “Novabell” Ceramiche Gruppo Bellei, “Mirage”, “Leonardo” ceramica, “Tau” ceramica, “Azulindus & Marti” ceramica, “Gresan” by versatile, “Navarti”, “Keraben” Ceramica Gres, “Acquabella” Hidromasaje-Whirpool, “Ezarri” mosaico, “Pattoni”, “Sanindusa” Life moments, “Rosa”, “Salgar” və başqa firmalara məxsus italyan, ispan, portuqal məhsullarına
rast gəlmək mümkündür.