AZE | ENG | RUS

Süni suvarma sistemləri
Tamamlanmış layihələr

Kənd təsərrüfatı məhsullarının becərilməsi üçün xüsusi ayrılmış ərazilərdə torpaqların suvarılması proqramı çərçivəsində “Hidromaşservis” QSC tərəfindən nasos stansiyaları, su anbarları, boru kəmərləri, yardımçı tikililər və digər tikililərdən ibarət suvarma sisteminin tikintisi həyata keçirilmişdir:
Biləsuvar rayonunda;
Füzuli rayonunda;
Beyləqan rayonunda;
Ağcabədi rayonunda.

Bu ərazilərdə ümumi tikililər:
nasos stansiyaları – 11 ədəd;
tutumu 1000 kubmetrdən 6000 kubmetrə qədər olan su çənləri – 8 ədəd (suyun ümumi həcmi 23000 kbm);
ümumi uzunluğu 137,75 km olan boru kəmərləri, o cümlədən:
təzyiqli su kəməri:
diametri 159 mm-dən 1020 mm-ə qədər olan 57,26 km uzunluğunda polad borular;
paylama şəbəkəsi:
diametri 720 mm-dən 820 mm-ə qədər olan 57,74 km uzunluğunda polad borular;
diametri 110 mm-dən 400 mm-ə qədər olan 70,33 km uzunluğunda PVC borular;
diametri 500 mm-dən 800 mm-ə qədər olan 4,42 km ümumi uzunluqlu kompozit borular; 
Nasos stansiyalarının xarici enerji təchizatı təmin edilmişdir ki, bunun üçün də:
uzunluğu 42,93 km olan 10 kV-luq elektrik ötürmə xətti tikilmiş;
7 ədəd 10/6/0,4 kV; 10/6 kV və 10/0,4 kV -lıq yarımstansiya quraşdırılmışdır.

nasos_3
Nasos stansiyası
Füzuli rayonu
nasos_2
Nasos stansiyası
Kərimbəyli qəsəbəsi
nasos_1
Nasos stansiyası
Qaydış qəsəbəsi