AZE | ENG | RUS

Topoqrafiya və geodeziya
mühəndisliyi işləri

Həm layihələndirmə mərhələləri üçün, həm də obyektlərin tikintisi və istismarı mərhələləri üçün addımları təşkil edən topoqrafiya və geodeziya işləri “Gidromaşservis” QSC-nin mütəxəssisləri tərəfindən bütöv bir kompleks şəklində həyata keçirilir.
“Gidromaşservis” QSC istehlakçılara ixtisaslaşdırılmış və təcrübəli mütəxəssislərin iştirakı ilə müasir texniki baza və avadanlıqlardan istifadə etməklə geodeziya mühəndisliyi sahəsində aşağıda göstərilən xidmət növlərini təklif edir:

Layihələndirmə mərhələsi üçün:
– bütün geodeziya sinifləri üzrə tələblərə cavab verən təməl hündürlüyünün plan üzrə yaradılması;
– obyektlərin layihələndirmə tipindən asılı olmayaraq, istənilən miqyasda topoqrafik geodeziya tədqiqatının təmin edilməsi;
– xətti binaların oxları, küncləri və döngələrinin nişanlanaraq seçilməsi və qeyd edilməsi, onlara uyğun olaraq tarazlama və profillərin tərtib olunması
-kompyuter texnikasının köməyi ilə bütün layihələndirmə tələblərinə cavab verən topoqrafiya planlarının tərtib olunması və çapı;
– yerinə yetirilən bütün topoqrafik geodeziya işlərinin növləri üzrə qiymətləndirmə və smetanın tərtib olunması.

Tikinti-montaj işlərinin yerinə yetirilmə mərhələsi üçün:
– tikintinin həyata keçirilməsi üçün inşaat şəbəkəsinin yaradılması;
– hündürlük təməli işarələrinin (başlanğıc nöqtələrinin) qeyd olunması;
– istənilən bina növündə layihə oxlarının nişanlanması və bərkidilməsi;
– tikinti-montaj işlərinin yerinə yetirilməsi zamanı hər növdə geodeziya xidmətlərinin göstərilməsi;
– tikilən və ya montaj mərhələsində olan obyektin təhvil verilməsi zamanı icra sxemi və ya çertyojunun tərtib olunması.

 

 

Binaların istismara verilməsi zamanı geodeziya mühəndisliyi işləri:
– istənilən növ kranaltı yolların istismarı üzrə təlimat tələblərindən asılı olaraq müxtəlif metodların və geodeziya cihazlarının köməyi ilə geodeziya çertyojunda təməl deformasiyasının müəyyən olunması üçün icra sxemlərinin tərtib olunması;
– deformasiya və dəyişikliklərin tədqiq olunması, eləcə də bütün binalarda, xüsusilə hidrotexnika sahəsində yüksək dəqiqlikli geodeziya işləri üzrə hesabatların təhlili və tərtib olunması.