Şirkət kollektivi yaxın keçmişdə döyüş əməliyyatları altında qalan ərazilərdə torpaqların yararlı hala gətirilməsi işində yerli əhaliyə, eləcə də, yeni salınmış qəsəbələrin sakinlərinə yaşayış məskənlərinə uyğunlaşmalarında fəal köməklik göstərir.
Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin sifarişləri əsasında torpaqların irriqasiyası proqramı çərçivəsində kənd təsərrüfatı məhsullarının yetişdirilməsindən ötrü on min metrlərlə boru kəmərləri salınmış, yüzlərlə nasosxanalar, yardımçı və məişət obyektləri, hovuzlar və digər qurğular inşa edilərək, insanların istifadəsinə verilmişdir.
Belə ki, 2003-cü ildə Biləsuvar rayonunda yaşayan məcburi köçkünlər üçün ayrılmış kənd təsərrüfatı sahələrinin suvarılması məqsədilə, 550 m3-lik su hovuzu, nasosxana, uzunluğu 2340 p.m. olan diametrli 920 mm-lik təzyiqli boru kəməri salınmaqla, irriqasiya şəbəkəsi qurulmuşdur.

 

"Əsas Mil kanalı," qapısı tikintisi

 

 

 

.

Su anbarları, boru kəmərləri, nasos stansiyaları.

Həmçinin, 2005-ci ildə həmin rayonda salınmış 13 yaşayış qəsəbəsini içməli su ilə təmin etmək məqsədilə, ümumi uzunluğu 4500 p.m. olan diametrli 273 və 219 mm-lik boru kəməri, nasosxana, inzibati və xlorator binaları, 4 subartezian quyusunu özündə birləşdirən şəbəkə yaradılmışdır. 

Təkcə son illər ərzində bir neçə obyekt tikilərək, istismara verilmişdir.

Biləsuvar rayonunda: 
- əkin sahələrinin suvarılmasından ötrü boru kəməri, nasosxana, digər mühəndisi qurğular
və təsərrüfat binaları, 2000 m3-lik su hovuzu;
- yeni yaşayış qəsəbələrinin içməli su şəbəkələrinin salınmasında 2-pilləli nasosxanalar, uzunluqlu 15200 p.m. diametrli 426x7 mm-lik, uzunluqlu 11800 p.m. diametrli 219x6 mm-lik boru kəmərləri, hər birinin həcmi 2000 m3 olmaqla, 2 qapalı su hovuzu;
- hər birindən 372 yaşayış evinin daxili su təchizatının təmin olunduğu 5 subartezian quyusunun qazılması və həmin evlərə ümumi uzunluğu 60000 p.m-dən çox olan plastik
borularla suyun çəkilməsi.

 

 

 

 Вağlı tanklar

•2 х 2000м3
•4 х 1000м3
•2 х 5000м3
 
Аçan tanklar
 
•2 х 6000м3
•4 х 1000м3
•2 х 2000м3
•2 х 2000м3
 
 
  

Paytaxtın kommunikasiya şəbəkələrində yaranmış kəskin problemlərin həlli üçün yenidənqurma proqramının
həyata keçirilməsində də “Gidromaşservis” QSC-nin bölmə və mütəxəssisləri yaxından iştirak edirlər.

“Gidromaşservis” QSC-nin bu sahəyə yönəlmiş məhsuldar əməyi Respublika rəhbərliyinin ölkəmizdə istehsal
proseslərinin aparılmasında ekoloji klimatın qorunub-saxlanılması məqsədilə qarşıya qoyduğu tapşırıqlara tam
uyğun şəkildə qurulmuşdur.
Belə ki, ötən yüzilliyin 80-ci illərindən başlayaraq, bir neçə onilliklər ərzində layihələndirmə, tikinti, eləcə
də, istismar proseslərində buraxılmış xətalar nəticəsində Xırdalanda yerləşən kanalizasiya nasos stansiyasının
təzyiqli boru kəmərlərindən ətraf ərazilərə sızmalar baş verirdi. Bu səbəbdən də, Xırdalanın daxilində “Bakı-Rostov”
avtomaqistralının hər iki tərəfində müxtəlif növ xəstəliklərin yaranmasına gətirib çıxaran və, mumiyyətlə, antisanitariyanın hökm sürdüyü keçilməz bataqlıqlar əmələ gəlmişdi. Bu bataqlıqlar altında hətta, yaşayış
və idarə binaları da qalmaq təhlükəsində idilər. Respublikanın İnşaat Materialları Sənayesi Nazirliyi və digər təşkilatların rəsmi bildiriş xarakterli müraciətləri vəziyyətdən çıxış yolu tapılmasına heç bir kömək etməmişdi. 2007-ci ilin oktyabr ayında “Gidromaşservis” QSC kanalizasiya nasos stansiyasının təzyiqli
şəbəkəsinin yenidən qurulması işini başa çatdırdı. İndi, keçmiş bataqlıqlardan əsər-əlamət qalmayan
yerdə çoxlu yaşayış binaları, ticarət və müxtəlif sənaye obyektləri salınmışdır ki, bu da tək təsadüf deyildir.

Hövsan kanalizasiya kollektorunun yenidən qurulmasına “Gidromaşservis” QSC 2007-ci ildə başlamışdır.
15 km uzunluqda yerləşən ərazilər boyunca açıq kanal vasitəsilə məişət və sənaye tullantılarının axıdılması
nəticəsində təkcə kanalın keçdiyi sahə deyil, ətraf mühit də çirklənərək, yararsız hala düşmüş, kanal ətrafında
yaranmış ağır ekoloji vəziyyət sakinlərin və şəhər ictimaiyyətinin haqlı narazılığına səbəb olmuşdur.
Hazırda şirkət mütəxəssislərinin səyi nəticəsində qoyulmuş diametrli 2000 mm-lik dəmir-beton borulara açıq
kanalın yönləndirildiyi ərazilərdə ekoloji vəziyyət köklü surətdə dəyişmiş, əvvəllər heç bir obyektdən söhbət
getmədiyi halda, nəzərə çarpacaq canlanma müşahidə olunmaqdadır

 
 
“152 Alatava” Su anbarı – Əl oyunları Sarayı arasında magistral su kəməri.
  
 
 
 

Layihədə nəzərdə tutulduğu kimi, 720x8 mm-lik diametrdə olan boru kəmərinin çəkilişi nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi şəhər küçələri boyunca, işin yerinə yetirilməsinin ahəngini pozan ən müxtəlif kommunikasiya şəbəkələri (elektrik və telefon kabelləri, qaz, su və boru kəmərlər) ilə kəsişmələrlə müşayiət olunur. Çox hallarda torpaq nümunələrinin əhəng daşından ibarət olduğu səbəbindən, bu sahələrin qaya doğrayan texnikanın köməyi və ya partlayış üsulu ilə ağır keçilməsinə baxmayaraq, boru kəmərinin tikintisi işlərin yerinə yetirilməsi qrafikinə tam uyğun şəkildə aparılır